Azərbaycanda koronavirusdan ölənlərin sayı açıqlandı: 10 min 60 nəfər
Ölçü:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Koordinat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 001 nəfər müalicə olunaraq sağalıb, 10 060 nəfər vəfat edib, aktiv xəstə sayı 464 nəfərdir.

Ölkədə son sutka ərzində 2 851, hazırkı dövrədək isə 7 464 270 test aparılıb.


18.01.2023 16:59:00
Oxuma sayı: 241