Daha 93 nəfər COVID-19-a yoluxub

Koordinat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 228 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 647 nəfər müalicə olunaraq sağalıb, 10 042 nəfər vəfat edib, aktiv xəstə sayı 539 nəfərdir.
Ölkədə son sutka ərzində 1 633, hazırkı dövrədək isə 7 453 564 test aparılıb.
Əvvəlki məqalə
13.01.2023 17:37:00
Oxuma sayı: 317