Ali məktəblərə qəbul planı 60 min nəfərə çatdırılacaq
Ölçü:


Peşə və ali təhsildə əhatəliliyi artırmağa çalışırıq. Bu prosess kəmiyyət baxımından çox sürətlə gedir.

Koordinat.az
 xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib. O, qeyd edib ki, 10 il öncə ali məktəbə qəbul olanların sayı 20-30 min idisə, bu il rekord olaraq 50 min nəfərə çatıb.

"Növbəti 4 ildə bu rəqəmi 60 minə çatdırmağı planlaşdırırıq. Lakin tələbənin hansı bacarıqlara sahib olması önəmli faktordur. 60 min insan ali təhsil müəssisəsinə gələndə hansı bacarıqlara sahib olur, öncə bu bilinməlidir. Peşəkar kadr hazırlamaq zaman tələb edir. Bunu 6 aya etmək mümkün deyil. 6 ay hansısa bacarığı olan, məhsuldarlığı yuxarı olan əməkdaş hazırlamaq mümkündür”,- deyə nazir əlavə edib.
21.12.2022 15:32:00
Oxuma sayı: 943