Xankəndi-Laçın yolunda aksiyalar davam edir - 5-ci gün

Koordinat.az xəbər verir ki, aksiya iştirakçıları gecəni tonqal ətrafında keçiriblər. Onlar ekoloji terrora son qoyulması və yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər. Etirazçılar bildiriblər ki, Rusiya sülhməramlılarının olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir. Şüarlarda Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi də səsləndirilib.
Aksiya iştirakçılarına ictimai dəstək günbəgün artır. Ekologiya, geologiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, vətəndaş cəmiyyətinin təmsilçiləri aksiyaya qoşulur, səsləndirilən tələblərə dəstək verirlər.
Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.
16.12.2022 09:35:00
Oxuma sayı: 1116