Blinken: “ABŞ Ukrayna münaqişəsini genişləndirmək yox, bitirmək istəyir”
Ölçü:


“ABŞ prezidenti Co Bayden Ukraynada münaqişənin genişlənməsini itəmir”.

Koordinat.az
xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“ABŞ rəhbərliyi münaqişəni genişləndirmək yox, bitirmək istəyir. Biz Rusiya ilə müharibə, xüsusən də üçüncü dünya müharibəsini istəmirik”, – Blinken “France 2” telekanalına müsahibəsində deyib.

Dövlət katibi həmçinin qeyd edib ki, ABŞ Rusiya ilə təmasdadır və iki ölkənin müzakirə edilməli mövzuları var: “Məsələn, biz Rusiya ilə əlaqələri davam etdiririk, çünki onun nüvə silahından istifadə edəcəyindən ehtiyat edirik, bu, fəlakətdir”.

Blinken Rusiyanın bu istiqamətdə hər hansı hərəkətini görmədiklərini də əlavə edib.

02.12.2022 12:12:00
Oxuma sayı: 1189