Ölkədə maaşla bərabər inflyasiya da artır
Ölçü:

2022-ci ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,4 faiz artaraq 56860,8 milyon manata çatıb.

Koordinat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib. Qeyd olunur ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 5650,2 manatlıq gəlir düşüb. Əhalinin sərəncamında qalan gəlirləri 50850,8 milyon manat təşkil edib.

Xatırladaq ki, əhalinin gəlirləri ilə paralel inflyasiyanın də həcmi yüksəlib. Belə ki, Mərkəzi Bankın elan etdiyi rəqəmlər inflyasiyanın da 20 faiz civarında artdığını göstərir.
16.11.2022 13:52:00
Oxuma sayı: 489