Paşinyan Ermənistan ictimaiyyətinə həqiqəti etiraf etdi: "Qarabağ Azərbaycan ərazisidir"
Ölçü:


Ermənistan Baş naziri Nikol Paşinyan bu ölkənin İctimai Televiziyasına müsahibəsində Azərbaycanla sülh danışıqlarına dair çox mühüm detallardan danışıb.

Koordinat.az-ın məlumatına görə, Ermənistanın hələ 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət, eləcə də Ermənistan Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır:
“Əgər biz Ermənistan Respublikasının və Dağlıq Qarabağın fəlakətlərlə üzləşməməsini istəyiriksə, bütün dünyaya qarşı təkbaşına mübarizə aparmamalıyıq, çünki bacarmırıq. Bizim həyata keçirilə bilən proqramımız olmalıdır. Qarabağ Ermənistandır və son, yoxsa Ermənistan faktla çoxdan barışıb, Qarabağ Azərbaycanın bir hissəsidir?”.

Nikol Paşinyan deyib ki, hazırkı vəziyyətdə Ermənistan Respublikasına yeni nəzəriyyə lazımdır: “Köhnə nəzəriyyə pis olduğuna görə yox, ona görə ki, qəbul olunduğu ilk gündən bizim bütün hərəkətlərimiz bu nəzəriyyəyə zidd idi və sonda onu ilk növbədə ləğv etməyimizə səbəb oldu”.

Paşinyan 2018-ci ildə indiki kimi hər şeyi danışmadığı üçün özünü günahkar hiss etdiyini də söyləyib. Onun sözlərinə görə, Ermənistan xarici siyasətini həyata keçirərkən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayıb, onlar mövcud olduğu halda və bu, mühüm amildir: "Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu vurğulanıb. Bütün ölkələrin mövqeyi BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən məlumdur. Ermənistan isə 2007-ci ildə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıb".

Bütün bunlardan sonra Ermənistan baş naziri  vaxtilə niyə “Qarabağ Ermənistandır və nöqtə" deməyinin səsəbini də açıqlayıb: “Bunu niyə dedim? Mən ondan çıxış etdim ki, Ermənistan Respublikası Müstəqillik bəyannaməsini qəbul edib və bu, orada yazılıb. O, başqa məsələdir ki, sonradan məlum oldu ki, 2020-ci ildə hamı bunu unudub və Müstəqillik bəyannaməsinə əsaslanan bəyanat bütün əvvəlki hakimiyyətlər tərəfindən tənqid olunur”.

Baş nazir belə qənaətə gəlib ki, Ermənistanın yeni nəzəri bazaya ehtiyacı var, çünki bəyannamənin qəbulundan az sonra bu nəzəriyyəyə qarşı iş aparılır.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ 2019-cu ilin avqustunda işğal altındakı Xankəndi şəhərinə qanunsuz səfəri zamanı "Qarabağ Ermənistandır və nöqtə" sözlərini işlətmişdi. Ardından həmin ilin sentyabrında Vanadzor (Qarakilsə) şəhərində keçirdiyi mətbuat konfransında da eyni sözləri təkrarlamışdı.

Paşinyan Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün onda müsbət təəssürat yaratdığını bildirib. Erməni Baş nazirin sözlərinə görə, danışıqlar göstərir ki, onunla Ərdoğanın fikirləri və baxışları heç də bir-birinə uyğun gəlmir: "Bu, o demək deyil ki, Ermənistan və ya Türkiyə danışıqlar masası arxasında əvvəlki yanaşmalarından imtina edib. Aydındır ki, Ermənistanla Türkiyə arasında danışıqlarda Azərbaycan faktoru hansısa formada mövcuddur. Amma rəsmi səviyyədə tərəflərin ilkin şərt qoymadan münasibətlərin normallaşdırılmasının vacibliyindən danışması pis deyil", - deyə Paşinyan vurğulayıb.

12.11.2022 18:53:00
Oxuma sayı: 11806