Deputat kütləvi yoxsullaşmadan narahatdır
Ölçü:


“Regionlarda kütləvi yoxsullaşma baş verir, mütləq bunun qarşısını almalıyıq”.

Koordinat.az
xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib: “Bu gün kim 400 manatdan yuxarı maaş alır? Şəhərdə yaşayanlar. Rayonlarda sakinlər 400 manatdan aşağı maaş alır. Bu isə kütləvi yoxsulluq deməkdir”.

Deputat çıxışı zamanı pensiya yaşının aşağı salınmasına da diqqət yetirib: “Pensiya yaşı 65 yaşdan aşağı salınmalıdır. Niyə bu yaş təyin edilib? Həmin yaşa çatanların statistikası müəyyənləşməlidir. İctimai müzakirə təşkil edilməli və pensiya yaşı aşağı salınmalıdır. İşsiz statusu da dəqiq müəyyənləşməlidir. Qanunla müəyyən olunmalıdır ki, işsiz kim hesab olunur. Necə olur ki, pandemiya zamanı 600 min insana işsizlik müavinəti verildi, amma rəsmi işsizlərin sayı 300 min civarındadır. Bu məsələləri nazirlik aydınlaşdırmalıdır. İşsizlik kütləvi hal almasın deyə rayonlara investisiyalar qoyulmaldır, yoxsa rayonlarda olacaq faciələrdən qaça bilməyəcəyik”.

11.11.2022 15:48:00
Oxuma sayı: 578