Nadir xəstəliklərin reyestri hazırlanacaq
Ölçü:


“Nadir xəstəliklərlə bağlı bizə müraciət daxil olur. Ona görə də nadir xəstəliklərin reyestri hazırlanacaq”.

Koordinat.az
xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında çıxış edəm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev deyib: “Deputatların çoxu xəstəliklərin əlavə edilməsi ilə bağlı məsələ qaldırdı. Bununla bağlı reysterdən sonra yenidən baxılacaq. Əhliman müəllimin qaldırdığı Autizm xəstəliyinin diaqnostikası xidmətlər zərfinə daxildir, amma müalicəsi yox. Ona görə də bu məsələyə baxılacaq”.

Qeyd edək ki, onkoloji və autizm xəstəliklərinin müalicəsinin İcbari Tibbi Sığorta zərfinə daxil edilməsi təklif olunub.

 


10.11.2022 13:20:00
Oxuma sayı: 593