Siqaret çəkənlərə məsləhət
Ölçü:


Siqaret çəkən adamlar öz orqanizmlərini tədricən zəhərləyirlər. Siqaret çəkən adamların ilk növbədə ağciyərləri mənfi təsirə məruz qalır.

Koordinat.az xəbər verir ki, mütəxəssislərin qənaətinə görə, hər nəfəsalma zamanı daxilə gedən siqaret tüstüsü ağciyərləri xaricdən örtən kiçik tükcüklərin mikroskoipik yanmalarına, atrofiyalaşmasına və ölməsinə səbəb olur. Nəticədə isə ağciyərlərə qərtan toplanır və selik əmələ gəlir ki, bu da xroniki öskürməyə səbəb olur.

Ağciyərləri örtən tükcüklər özünəməxsus bərpaedici xüsusiyyətə malikdir. Onların yenidən bərpa olunması üçün siqaretdən imitina etmək kifayətdir.

Siqareti tərgidə bilməyənlər üçün tüstünün zərərində qoruya biləcək vasitələr var. Belə ki, ağciyərlərdəki nikotin qətranını təmizləmək üçün 4 qida maddəsindən istifadə etmək kifayətdir.

Mütəxəsislər ağciyərləri təmizləmək üçün aşağıdakı  qida məhsullarından tez-tez istifadə etməyi məsləhət görür:

Qreypfurt. Bu sitrus meyvəsinin tərkibi hüceyrələrin fəaliyyətini yaxşılaşdıran antioksidantlarla zəngindir. Qreypfurtun tərkibində olan maddələr hüceyrə toxumalarının zəifləməsinin qarşısını alır və onların inkişafını sürətləndirir. Mütəxəssislər siqaret çəkənlərə ağciyər riskini aradan qaldırmaq üçün tünd turşu dadına malik olan qreypfurt yeməyi məsləhət bilir.

Sarımsaq
yüzlərlə xəstəliyi müalicə edir. O oraqnizmə müalicəvi təsir göstərir və sağalmanı sürətləndirir. Ağ ciyər xəstəliklərinin müalicə və profilaktikası üçün sarımsaq yemək çox faydalıdır.

Zəncəfil antibakterial və virus əleyhinə təsirə malikdir. Zəncəfil damarları genişləndirir, bəlğəmi xaric edir və bronxial kanalların regenerasiyasını sürətləndirir.

Yerkökü A, C, E, K və B qrup vitaminləri ilə zəngindir. A vitamini hüceyrələrin və epitel toxumalarının vəziyyətini yaxşılaşdırır. Ağ ciyər toxumalarına dəyən nikotin zəhərlənmələrini təmizləmək üçün yerkökünü çiy halda yemək lazımdır. Yerkökü şirəsi isə insan sağlamlığı üçün lazım olan vitamin və mineral deposudur.

Bu qidalardan istifadə ağciyərin funksiyasının bərpasına və yaxşılşamasına səbəb olacaq. Yaxşılaşmanı beyin fəaliyyətinizdə, dad reseptolarında hiss edəcəksiniz.
27.10.2022 09:38:00
Oxuma sayı: 974