Prezident və xanımı Şuşadakı bərpa işləri ilə tanış olub - FOTO
Ölçü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər çərçivəsində bu şəhərdə davam edən bərpa və quruculuq işlərinin gedişi ilə maraqlanıblar.

Koordinat.az xəbər verir ki, dövlət başçısı və xanımı Şuşa şəhərində inşa olunan yeni yaşayış kompleksində, Şuşa otel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan oteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Dövlət başçısına və birinci xanıma Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verilib.

28.09.2022 16:39:00
Oxuma sayı: 1536