Hikmət Hacıyev Vaşinqtonda mühüm görüşlər keçirib
Ölçü:


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Vaşinqtona səfəri çərçivəsində mühüm görüşlər keçirib.

Koordinat.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ötən gün keçirdiyi mətbuat konfransında deyib: "Azərbaycan Respublikası Prezidentinin köməkçisi Vaşinqtondadır və faktiki olaraq bu səhər dövlət katibinin köməkçisi Donfridlə görüşüb. Biz həm Ermənistan, həm də Azərbaycan rəsmiləri ilə müntəzəm əlaqə saxlayırıq. Bu görüşlər davam edəcək".

27.09.2022 11:55:00
Oxuma sayı: 2320