Koronavirusa yoluxma kəskin azaldı
Ölçü:


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığ məlumatda bildirilir. İndiyədək ölkədə ümumilikdə 820 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 673 nəfər müalicə olunaraq sağalıb, hazırda 1282 aktiv xəstə var. Bu günə qədər 9903 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1973, ümumilikdə isə 7 238 737 test icra olunub.

 
26.09.2022 16:30:00
Oxuma sayı: 1704