Qalmaqallı jurnalist Şoyqunun yalanını çıxardı
Ölçü:

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın müharibədə 61 207 hərbçi itirdiyini, Rusiya tərəfindən isə 5937 nəfərin həlak olduğunu açıqlayıb.

Koordinat.az
xəbər verir ki, ermənipərəst rusiyalı hərbi jurnalist Semyon Peqov "Telegram" kanalında Şoyqunun bu açıqlamasına etiraz edib. Şoyqu Rusiyanın müharibədəki real itkilərinin açıqlanan rəqəmdən daha çox olduğunu iddia edib.

“Şoyquda necədir deyə bilmərəm, lakin bizim itkilərimiz daha çoxdur”, - Peqov bildirib.

Xatırladaq ki, ən son məlumatlara görə, Rusiyanın Ukraynada itirdiyi hərbçilərin sayının 56 min nəfəri keçdiyi bildirilir.
21.09.2022 12:48:00
Oxuma sayı: 203