Rusiyada müharibə əleyhinə etirazlar başlayır
Ölçü:

Rusiyada müharibə əleyhinə genişmiqyaslı aksiyalar başlayır.

Koordinat.az
xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Aksiya təşkilatçıları vətəndaşları etirazlara qoşulmağa səsləyiblər.  Məlumata görə, bu gün Moskva vaxtı ilə saat 19:00-da bir çox şəhərlərin mərkəzində etirazlar başlayacaq. 

Aksiya iştirakçıları Rusiya Prezidenti Vladimir Putini ölkədə səfərbərlik elan edilməsi ilə bağlı qərarı ləğv etməyə çağırıblar: "Atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin qurbanı olacaq. Bu kimə lazımdır? Putinin maraqlarına görə uşaqlarımız ölür".

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
21.09.2022 12:01:00
Oxuma sayı: 203