Ərdoğandan “Reuters”in müxbirinə maraqlı cavab: “O Baydendir, mən...”
Ölçü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasından çıxarkən “Reuters”in müxbirinin suallarını cavablandırıb.

Koordinat.az
xəbər verir ki, Ərdoğan xanım jurnalistə zarafatla deyib: “nə soruşacaqsansa, soruş?”.

Müxbir isə ilk sualında Ərdoğandan onun ABŞ prezidenti Co Baydenlə təkbətək görüşüb-görüşməyəcəyini soruşub. Türkiyə lideri gülərək “O Baydendir, mən Ərdoğan”,- deyə cavab verib.

F-16 qırıcıları ilə bağlı senatorlarla görüşə gəlincə, Ərdoğan “onlar müsbət danışırlar, deyəsən, F-16 göndərməklə bağlı qərarı təsdiq edəcəklər”, - deyə bildirib.
21.09.2022 11:13:00
Oxuma sayı: 205