Putinin xalqa müraciətindən: "Qərb Rusiyanı parçalamaq istəyir"
Ölçü:


"Qərb istəyir ki, Rusiya bir çox müharibə edən bölgələrə parçalansın".

Koordinat.az
xəbər verir ki, bunu Rusiya Pezidenti Vladimir Putin xalqa müraciətində bildirib: "Ukraynada qabaqlayıcı hərbi əməliyyatla bağlı qərar tamamilə zəruri və yeganə mümkün qərar idi. Ukraynada sülh yolu ilə həll Qərbə yaraşmır, ona görə də Kiyevə danışıqları pozmaq tapşırılıb".

Putin deyib ki, Qərb 2014-cü ildə yenidən müharibəyə başlamaqla Ukrayna xalqını top yeminə çevirib. Onun sözlərinə görə, Qərb Ukraynada Rusiyaya qarşı vuruşur: "Qərbin məqsədi Rusiyanı zəiflətmək, parçalamaq və məhv etməkdi. Amma bu, alınmayacaq. Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik. Biz bütün vasitələrdən onlara qarşı istifadə edəcəyik".
21.09.2022 10:44:00
Oxuma sayı: 202