Köçəryan: “Nəyin bahasına olursa-olsun sülh”
Ölçü:


Ermənistanın ikinci prezidenti Robert Köçəryan tərəfdarları ilə görüşdə müxalifətin “Müqavimət” hərəkatının lideri kimi çıxış etməməsinin səbəbini açıqlayıb.

Koordinat.az
xəbər verir ki, Köçəryanın tərəfdarları ilə görüşü dünən keçirilib. Eks-prezident qeyd edib ki, 2021-ci ilin iyulunda keçirilən parlament seçkilərindən sonra səsvermənin nəticələri təhlil edilib və onun blokunun qalib gəlməsinə mane olan iki amil müəyyən edilib. Köçəryanın qənaətinə görə, seçkiqabağı kampaniya zamanı iki tezis irəli sürülüb: “Hayastan” blokunun təklif etdiyi “Layiqli sülh” və Ermənistan hakimiyyətinin irəli sürdüyü “Nəyin bahasına olursa-olsun sülh”.

Köçəryan hesab edir ki, onun siyasi yolu, müharibədə qalib gələn lider obrazı yeni müharibədən çəkinən seçiciləri qorxudub. Onun sözlərinə görə, ikinci amil Ermənistan və Qarabağdan olan siyasətçilərin köhnə və yeniyə bölünməsidir Bu ideyalar uzun illər ərzində alovlanıb və vətəndaşların şüurunda öz izlərini qoyub: "Bu iki tezisi zərərsizləşdirmək üçün yürüşlərdə iştirak etdim, amma lider kimi çıxış etmədim. Məqsədimizə çata bilmədik, lakin təşkilati məsələləri həll etdik. Ermənistan tarixində ilk dəfə belə bir mütəşəkkillik və genişmiqyaslı hərəkat oldu”.
 
Köçəryan əmin edib ki, müxalifət fəaliyyətini davam etdirəcək, vəziyyəti təhlil edəcək və mübarizəni sürdürəcək. O əlavə edib ki, artıq başqa bir layihə üzərində işləyir, lakin detalları açıqlamayıb.
20.09.2022 17:07:00
Oxuma sayı: 219