Tikinti materialları 20 faiz bahalaşıb
Ölçü:


İlin əvvəlindən bu günə qədər tikinti materiallarının qiyməti 20 faiz artıb.

Koordinat.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, qiymət artımının bir çox səbəbləri var: “Yaxın illərdə Azərbaycanda tikinti materiallarının qiymətində ucuzlaşma olmayacaq. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tikinti-bərpa işləri gedir. Həmin ərazilərə böyük həcmdə tikinti materialları lazımdır. Bu isə istər idxal olunan, istərsə də yerli istehsal üzrə materiallara tələbi kəskin artırır. Biz tələbin yüksəldiyinə görə, davamlı qiymət artımları müşahidə edirik”.

R.Osmanlının sözlərinə görə, hazırda bütün tikinti materiallarının qiymətində artım müşahidə olunur: “İl başlayandan bu günə qədər tikinti materiallarının qiyməti 20 faiz artıb”, – ekspert bildirib.

20.09.2022 16:50:00
Oxuma sayı: 208