KTMT-nin Baş katibi Ermənistana gəlir
Ölçü:


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas sentyabrın 20-də Ermənistana gələcək.

Koordinat.az
xəbər verir ki, KTMT baş katibinin səfərinin hazırlanması ilə bağlı müvafiq sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti qiymətləndirmək və dövlət başçılarına hesabat hazırlamaq üçün Ermənistanda səfərdə olacaq.

Səfər 20-25 sentyabr tarixlərində baş tutacaq.

Xatırladaq ki, KTMT missiyasının qabaqcıl qrupu sentyabrın 15 -də Ermənistana gəlib. Qrup Ermənistan sərhədinin müxtəlif hissələrinə baş çəkib, onlara əməliyyat şəraiti təqdim olunub.

20.09.2022 16:37:00
Oxuma sayı: 1606