Putin səfirlərə Ermənistandakı vəziyyətdən danışdı
Ölçü:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılması istiqamətində tədbirlər görülür.

Koordinat.az
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici ölkələrin səfirləri qarşısında çıxışı zamanı deyib. O, bildirib ki, noyabrda İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının illik sammiti keçiriləcək: "Təşkilat Ermənistan-Azərbaycan sərhəd bölgəsində vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün tədbirlər görür. KTMT baş katibinin rəhbərliyi ilə xüsusi missiya qarşıdurma zonasına göndərilib".

Putin, həmçinin Rusiya ilə Ermənistanın dost və strateji müttəfiq olduğunu vurğulayıb.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə münasibəti rəsmi İrəvanı ciddi məyus edib. Ermənistan rəsmiləri KTMT-dən gözlədikləri köməyi ala bilmədiklərinə görə, bu təşkilatdan narazı qalıblar.
20.09.2022 15:45:00
Oxuma sayı: 194