Son sutkada heç kimə vaksin vurulmayıb
Ölçü:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda deyilir. Məlumata görə, son bir gündə heç bir mərhələ üzrə vaksinasiya aparılmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 881 406, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 379 391, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 032, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 374 921, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 062 nəfər təşkil edir.

 


19.09.2022 15:52:00
Oxuma sayı: 254