Daha 70 nəfər koronavirusa yoluxub
Ölçü:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 70 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 819 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 050 nəfər müalicə olunaraq sağalıb, 9886 nəfər vəfat edib, aktiv xəstə sayı 1652 nəfərdir.

Son sutka ərzində 1788, hazırkı dövrədək isə 7 217 551 test aparılıb.
19.09.2022 15:35:00
Oxuma sayı: 252