Moskva Pelosinin Ermənistana səfərini əhəmiyyətsiz sayır
Ölçü:


"Rusiya ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini alqışlamağa hazırdır. Amma əgər bu səfər həqiqətən də Ermənistan-Azərbaycan sərhədində vəziyyəti sabitləşdirərsə..."

Koordinat.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər. Bu cür insanlar reallıqda normallaşmaya öz töhfəsini verə bilərmi? Səs-küylü hərəkətlər və bəyanatlar heç nəyi həll etməyəcək. Baxaq, zamanla hər şey aydınlaşacaq”.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi iki gün Ermənistanda səfərdə olub. O səfər zamanı baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyanla danışıqlar aparıb.

19.09.2022 13:28:00
Oxuma sayı: 2370