Paşinyan Putinlə danışdı
Ölçü:


Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonda Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Paşinyan vurğulayıb ki, sərhəddə vəziyyətin nisbətən sakit olmasına baxmayaraq, gərginlik qalmaqdadır.

İki ölkə lideri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrasına dair məsələləri müzakirə ediblər.

Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, sərhəddə genişmiqyaslı təxribatlar törədib. Nəticədə Azərbaycanın 71 hərbçisi şəhid olub.

Ordumuzun  düşmənə cavabı sərt olub, Ermənistan tərəfi rəsmi olaraq 135 hərbçisinin öldüyünü etiraf edib.

16.09.2022 10:57:00
Oxuma sayı: 2441