Buraxılış imtahanlarında zəif nəticə göstərən rayonlar - SİYAHI
Ölçü:


Bakıda buraxılış imtahanları üzrə ən zəif nəticəni Qaradağ rayonu göstərib.

Koordinat.az
xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, IX siniflərin buraxılış imtahanlarında riyaziyyat və xarici dil fənlərində geriləmə qeydə alınıb.

"Dörd rayonda nəticələr aşağı olub. Bunlar Sabunçu, Qaradağ, Xəzər və Pirallahı rayonlarıdır. Yeni tədris ilində əsas diqqətləri məhz həmin məktəblərə yönəldəcəyik", - Mehriban Vəliyeva vurğulayıb.
07.09.2022 10:52:00
Oxuma sayı: 622