“Android” smartfonlarda peyk rabitəsi olacaq
Ölçü:

“Google” şirkəti “Android” smartfonların peyklərə birbaşa qoşulmasına imkan verəcək yeni texnologiya hazırlayır.

Koordinat.az
xəbər verir ki, bu barədə “Google”un Platformalar və Ekosistemlər üzrə baş icraçı direktoru Hiroşi Lokxeymer bildirib. Şirkət smartfonların peyklərə birbaşa qoşulmasına imkan verəcək yeni texnologiyadan “Android”in 14-cü versiyasında istifadə etmək niyyətindədir.

Xatırladaq ki, “Android” smartfonların növbəti versiyası 2023-cü ilin payızında təqdim ediləcək.

02.09.2022 17:55:00
Oxuma sayı: 8932