Şagirdlərin elektron yerdəyişməsi dayandırılır
Ölçü:

Sentyabrın 5-də saat 18:00-da 2022/2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi üçün ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi dayandırılacaq.

Koordinat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, valideynlər 9 sentyabr 2022-ci il saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
02.09.2022 16:52:00
Oxuma sayı: 752