Ukrayna hər gün 30-50 hərbçi itirir
Ölçü:


"Ukrayna gündə 30-50 hərbçi itirir”.

Koordinat.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində bildirib: “Fikrimcə, gündəlik itkilərimizin sayı 30-50 nəfərdir. Əvvəllər itkilər 100-200 arası olurdu. İndi isə gündəlik itkilərimizin sayı 2,5-3 dəfə azalıb”.

Qeyd edək ki, iyulun 15-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov da gündəlik itkilərinin sayının 100 nəfərədək, yaralılarının isə 300-400 olduğunu bildirmişdi.

09.08.2022 16:54:00
Oxuma sayı: 1084