Putin Qarabağa görə Təhlükəsizlik Şurasını topladı
Ölçü:

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib.

Koordinat.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“İclasda Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə edilib. Üçtərəfli müqavilənin bütün müddəalarının yerinə yetirilməsinin zəruriliyi vurğulanıb”, - deyə Peskov məlumat verib.

Bundan əlavə, iclasda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 5-nə planlaşdırılan Rusiya səfəri müzakirə olunub.
04.08.2022 15:49:00
Oxuma sayı: 200