Ərdoğan Putinlə Qarabağı müzakirə edəcək
Ölçü:


Rusiya Prezidenti Vladimir Putin avqustun 5-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək.

Koordinat.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: "Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar fikir mübadiləsi aparılacaq. Bununla bağlı razılıq əldə olunub".

Qeyd edək ki, avqustun 5-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük səfər edəcək. Həmin gün Soçi şəhərində prezidentlərin görüşü keçiriləcək.
04.08.2022 14:34:00
Oxuma sayı: 199