Şəhidimiz dəfn olundu
Ölçü:



Avqustun 3-də Laçında şəhid olan Azərbaycan Ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlunun nəşi ailəsinə təhvil verilib.

Koordinat.az xəbər verir ki, hazırda şəhidlə doğulduğu Şəmkir rayonunun Qaracəmirli kəndində vida mərasimi keçirilib.

Mərasimdə şəhidin yaxınları, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimi başa çatdıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutublar. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

 
04.08.2022 12:23:00
Oxuma sayı: 214