Onlar elmin qarşısında duran suallara cavabdeh deyil
Ölçü:

“Elm və Təhsil Nazirliyi elmi qurum deyil".

Koordinat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişində deyib: "Bu, qətiyyən doğru deyil. Nazirliklər elmi fəaliyyətlə məşğul deyil, söhbət elm sahəsinin idarə edilməsindən gedir”.

Nazir qeyd edib ki, elm və təhsilin qarşılıqlı əməkdaşlığı uzun müddətdir Azərbaycan cəmiyyətində müzakirə olunurdu. O, həmçinin əlavə edib ki, Prezidentin fərmanına əsasən, yeni yaradılan qurum elm sahəsində tənzimləmə funksiyasını və elmi fəaliyyətin koordinasiyası, inzibati idarəedilməsi, elm sahəsinin maliyyələşməsini həyata keçirir.

Nazir onu da vurğulayıb ki, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş qurumların fəaliyyəti də elmlə bağlıdır: "Məmurlar elmin qarşısında duran suallara cavab verən şəxslər deyil”.

E.Əmrullayev, eyni zamanda qeyd edib ki, bu və ya digər sahələrin uğurlu olması üçün dövlət siyasətinin müəyyənləşməsi, icrası, icraya nəzarət funksiyası və s. məsələlər Elm və Təhsil Nazirliyinin funksiyalarına aiddir.
29.07.2022 19:26:00
Oxuma sayı: 370