Daha 399 nəfər koronavirusa yoluxdu

Koordinat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda belə deyilir. Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
İndiyədək ölkəmizdə ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, hazırda 2103 aktiv xəstə var. Bu günə qədər 9741 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3543, bu günə qədər isə ümumilikdə 7 033 280 test icra olunub.
27.07.2022 16:44:00
Oxuma sayı: 6695