68 min müəllimin maaşı differensiallaşdırılacaq
Ölçü:


"2022-2026-cı illərdə 137 min müəllimin sertifikasiya prosesinə cəlb edilməsi planlaşdırılır".

Koordinat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, 68 min nəfərin əməkhaqqının differensiallaşdırılması nəzərdə tutulub:  "Həmçinin, dövrün sonuna maddi-texniki bazası yenilənmiş məktəblərin xüsusi çəkisinin 85 faizə çatması planlaşdırılır".

E.Əmrullayev diqqətə çatdırıb ki, müəllimlərin əməkhaqqı sistemi yenilənəcək.
27.07.2022 11:14:00
Oxuma sayı: 464