Xaricdə doktorantura təhsili almaq istəyənlər üçün son şans
Ölçü:


“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbulu prosesi davam edir.

Koordinat.az bildirir ki, bu prosesə iyulun 15-dən start verilib.Təhsil Nazirliyi “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqrama son müraciət tarixi 1 sentyabr 2022-ci ildir.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən həyata keçirilir. Hər hansı əlavə sual yarandığı zaman xaricdə doktorantura təhsili ilə bağlı mütəmadi verilən suallara və onların cavablarına (FAQ/MVS) və ya dpinfo@edu.gov.az electron poçt ünvanına müraciət oluna bilər.
27.07.2022 10:49:00
Oxuma sayı: 457