“Transneft” Azərbaycandan neft nəqlini dayandırdı –Zəlzələyə görə...
Ölçü:


Ötən gün Dağıstan ərazisində baş verən zəlzələ səbəbindən "Transneft" şirkəti Azərbaycandan neft nəqlini dayandırıb.

Koordinat.az
xəbər verir ki, bu barədə "RİA Novosti" nəlumat yayıb. Şirkətin rəsmi nümayəndəsi İqor Deminə istinadən yayılan məlumata görə, hazırda Bakı-Novorossiysk neft kəmərində tədqiqat işləri aparılır: "Hazırda Bakı-Novorossiysk neft kəmərinin Şirvan hissəsində (Azərbaycan sərhədindən Kaspiysk rayonunadək olan hissə) yoxlama işləri aparılır".

“Transneft” şirkətinin nümayəndəsi bildirib ki, hazırda bütün limanlarda hava şəraiti əlverişlidir, tankerlərin hərəkət qrafikində gecikmə yoxdur.
16.11.2017 12:24:58
Oxuma sayı: 1853