MİQ imtahanları gələn həftə başlayacaq
Ölçü:


İyulun 14-dən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək.

Koordinat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilir ki, test imtahanı mərhələsinin keçiriləcəyi tarix və yer barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində göstərilən son qeydiyyat saatından sonra imtahan zalına buraxılmayacaq.


06.07.2022 15:36:00
Oxuma sayı: 10139