Azərbaycana 3 min meymunçiçəyi testi gətirilib
Ölçü:


Səhiyyə Nazirliyi meymunçiçəyi xəstəliyinin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edib.

Nazirlikdən Koordinat.az-a bildirilib ki, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib. Bildirilir ki, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur.

Qeyd edək ki, şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq.
05.07.2022 10:09:00
Oxuma sayı: 1141