Saatlıda pambıqçı qadınlar zəhərlənib
Ölçü:


Saatlı rayonunda kütləvi zəhərlənmə qeydə alınıb.

Koordinat.az
xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a bildirib ki, onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

TƏBİB rəsmisinin sözlərinə görə, zəhərlənmə zamanı vəziyyəti ağırlaşan olmayıb.


04.07.2022 14:30:00
Oxuma sayı: 1171