Əhalinin 74 faizi peyvənd olunub
Ölçü:

"Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi uğurla davam edir. Risk qrupuna aid edilən şəxslərin demək olar ki, 90 faizi artıq peyvənd olunub".

Koordinat.az
xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

T.Musayev bildirib ki, həmin şəxslər hətta buster dozanı da qəbul ediblər: "Ümumi əhali arasında peyvəndləmə 74 %-dir. Bu rəqəm bizə kütləvi immunitetin tam formalaşmasından danışmağa imkan verir".

01.07.2022 13:08:00
Oxuma sayı: 1254