Hacıbala Abutalıbov Almaniyaya aparılıb? – meriya təkzib edir
Ölçü:


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun səhhəti ilə bağlı Almaniyaya aparılması haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Koordinat.az
xəbər veirr ki, bu sözləri Axar.az-a BŞİH başçısının müavin köməkçisi Bakı merinin beyin insultu keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Məlumatda qeyd edilib ki, mer hazırda işinin başındadır: "Hazırda Hacıbala müəllim öz otağındadır. Səhhəti də yaxşıdır”.

Qeyd edək ki, ötən gecə Bakı meri Hacıbala Abutalıbovu ağır vəziyyətdə Almaniyaya aparılması barədə şayiə yayılıb. 
16.11.2017 11:14:00
Oxuma sayı: 1639