Özbəkistanın müdafiə naziri Azərbaycana gəldi
Ölçü:


Özbəkistan Respublikasının müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, səfər çərçivəsində Özbəkistanın müdafiə nazirinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
 
16.11.2017 10:33:00
Oxuma sayı: 1738