Ən çox müavini olan nazirlər - SİYAHI
Ölçü:


Prezident İlham Əliyev ötən gün rəqəmsal inkişaf və nəqliyyat nazirinə üç yeni müavin təyin edib. Ölkə başçısının müvafiq sərəncamları ilə bu vəzifəyə Cavid Qurbanov, Samir Məmmədov və Fərid Əhmədov təyinat alıblar.

Koordinat.az xəbər verir ki, bu sərəncamlardan sonra rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavinlərinin sayı 6-ya çatıb: Əli Abdullayev (1-ci müavin), Rəhman Hümmətov, Rövşən Rüstəmov, Cavid Qurbanov, Samir Məmmədov və Fərid Əhmədov.

Dünəndən müzakirə olunan mövzu hansı nazir və komitə sədrinin daha çox müavinin olduğunu da gündəmə gətirib. Modern.az saytı ən çox müavini olan nazir, ya da komitə sədrləri ilə bağlı araşdırma aparıb. Məlum olub ki, ən çox müavini olanlardan biri Daxili işlər naziridir. Belə ki, general-polkovnik Vilayət Eyvazovun 5 müavini var:  polis general-leytenantı Seyfulla Əzimov (1-ci müavin),  polis general-leytenantı Oruc Zalov, polis general-leytenantı İsmət Əliyev, polis general-leytenantı Şahin Məmmədov (Daxili Qoşunların komandanı), polis general-leytenantı Fazil Quliyev (Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi).

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov həmkarları arasında ən çox müavini olan nazirdi - o, 8 müavinlə işləyir: general-leytenant Rəfail Mirzəyev (1-ci müavin), tibb xidməti general-leytenantı Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev, general-leytenant Ragim Lətifov, general-mayor Teymur Mehdiyev, daxili xidmət general-leytenantı Nazim Məmmədov, Orucəli Hacıyev, Tapdıq Əmiraslanov.

Ədliyyə naziri Fikrət Məmmədovun 5 (Toğrul Musayev, Vilayət Zahirov, Azər Cəfərov, Eldar Nuriyev, Ceyhun Həsənov (Penitensiar Xidmətin rəisi)), Əmək və əhalinin sosial müdafiəsi nazir Sahil Babayevin 4, Xarici işlər naziri Ceyhun Bayramovun 5 müavini var.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun 6 (Elnur Əliyev (1-ci müavin), Sahib Ələkbərov, Nizayi Səfərov, Sevinc Həsənova, Sahib Məmmədov, Rövnəq Abdullayev), Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 6, Təhsil naziri Emin Əmrullayevin 3,
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzovun 3 müavini var: Rəşad Mafusov, Balarəhim Quliyev, Zəkiyyə Mustafayeva.

25.05.2022 15:43:00
Oxuma sayı: 1386