Kəlbəcərli şagirdlər Tarix-Diyarşünaslıq Muzeyində...  - FOTOLAR
Ölçü:

Kəlbəcər rayonun 21 saylı tam orta məktəbin IV sinif şagirdləri Bakıda fəaliyyət göstərən Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində olublar.

Koordinat.az xəbər verir ki, məktəbin ibtidai sinif müəllimi Gültəkin Cəlilovanın təşəbbüsü və təşkilatçılığı ilə reallaşan ekskursiya şagirdlərin marağına səbəb olub. Belə ki, şagirdlər muzeydə nümayiş olunan eksponatlarla yaxından tanış olmaq, Kəlbəcərin yaxın və uzaq keçmişinə, mədəniyyətinə dair geniş məlumat almaq imkanı qazanıblar. 

Muzeyin direktoru Bərzani Əsgərov burada saxlanılan eksponatlar, o cümlədən qədim xalçalar, məişət əşyaları və əhalinin məşğulluğunda istifadə əmək alətləri barədə şagirdlərə geniş məlumat verib. O, qeyd edib ki, muzeyin qapıları Kəlbəcərin tarixi və mədəniyyəti ilə maraqlanmaq istəyən hər kəsin üzünə açıqdır.
19.05.2022 13:09:00
Oxuma sayı: 10969