ABŞ-dan Ermənistana çağırış: "Hakimiyyət təmkinli olmalı, etirazçılar zorakılıqdan çəkinməlidir"
Ölçü:

“ABŞ Ermənistanda hakimiyyət və müxalifəti mitinqlər zamanı zorakılıqdan çəkinməyə çağırır”.

Koordinat.az
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə Ermənistanda baş verən daxili siyasi hadisələri şərh edərkən deyib. Prays xatırladıb ki, ötən həftə ABŞ-da erməni-amerikan strateji dialoq toplantısı keçirilib. Tərəflər Ermənistanın demokratik inkişafına, eləcə də ABŞ-ın Cənubi Qafqazda davamlı sülhə yardım göstərməsinə qarşılıqlı sadiqliyini təsdiqləyiblər: "Biz inanırıq ki, dinc etirazlar açıq siyasi sistemin tərkib hissəsidir. Biz fundamental ifadə və dinc toplaşma azadlıqlarını tam dəstəkləyirik. Vətəndaşları öz fikirlərini dinc şəkildə ifadə etməyə çağırırıq. Biz hakimiyyəti təmkinli olmağa, etirazçıları isə çəkinməyə zorakılıqdan çağırırıq”.

Ned Prays Ermənistanda qanunun aliliyinə və demokratiyaya hörmət etməyə səslənib.
Bundan əlavə, Dövlət Departamentinin rəsmisi brifinq zamanı Ermənistan-Azərbaycan məsələsinə də toxunub. O, Bakı və İrəvana münasibətləri normallaşdırmağa və sülh sazişi imzalamağa çağırış edib.
10.05.2022 18:13:00
Oxuma sayı: 4828