Gəncədə Başlıbel faciəsinin 29-cu ildönümü qeyd edilib - FOTOLAR
Ölçü:



Aprelin 18-də Kəlbəcər rayon İcra Hakimiyyətində Başlıbel faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Koordinat.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan anım  mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon ictimaiyyəti, Başlıbel  kənd sakinləri, şəhid ailələri və hadisə şahidləri iştirak edib.Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra  Başlıbel faciəsinin 29-cu ildönümünə həsr olunmuş film nümayiş rtdirilib.

Tədbirdə millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər təşkilatının sədri Həbib Misirov, Başlıbel kənd sakini Vüqar Həşimov, araşdırmaçı-jurnalist, Başlıbel faciəsindən bəhs edən "Qanlı kaha və Ermənistanın Kəlbəcərdə törətdiyi müharibə cinayətlərinin toplandığı "Tanrı yoxuşu" kitablarının müəllifi Elxan Salahov, başlıbelli ziyalılar - Nurəddin Həşimov və Yusif Salahov, eləcə də Başlıbel qətliamının şahidlərindən olan Habil Ələsgərov çıxış ediblər. Daha sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək rayonun bərpası zamanı Başlıbel kəndində həyata keçiriləcək quruculuq işləri ilə bağlı təkliflərinə, arzu və istəklərinə münasibət bildirib.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və dəmir yumruğu hesabına, rəşadətli orumuzun qəhrəmanlığı ilə silahlı qüvvələrimiz 44 günlük şanlı Zəfər tarixi yazmış və  düşmən tapdağında olan torpaqlarımız azad edilmişdir. Vətən müharibəsindən sonra Erməni vandalizmindən dağlara,kahalara sığınaraq oradaca şəhid olan  Başlıbel sakinlərinin nəşləri müəyyən edilərək oradaca dəfn edilib. Torpaqlarımız işğaldan azad edildikdən sonra başlıbellilər öz doğma kəndlərini ziyarət edərək, orada şəhid olan əzizlərini ziyarət edirlər.

Başlıbel ziyalıları, sakinləri və hadisə qurbanlarının yaxınları onlara göstərilən diqqət və qayğıya,həmçinin bu faciəyə dövlət səviyyəsində verilən hüquqi qiymətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
20.04.2022 12:47:00
Oxuma sayı: 6306