Zəlzələnin fəsadları: divarlar çatlayıb, çilçıraq yerə düşüb - FOTOLAR
Ölçü:


Bir qədər əvvəl Mərkəzi Aran bölgəsində baş vermiş 6 bal gücündə zəlzələ Ağdamda fəsadlar törədib.

Koordinat.az xəbər verir ki, zəlzələdən sonra təşvişə düşən sakinlər küçələrə çıxıb. Xüsusilə çoxmərtəbəli yaşayış binalarında yaşayan sakinləri mənzillərinə daxil olmağa ehtiyat edirlər.

Bərdə rayonunun Soğanverdilər kəndi yaxınlığındakı məcburi köçkün qəsəbəsində bəzi evlərə ziyan dəyib, divarlarda çatlar əmələ gəlib. Hətta Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsinin məskunlaşdığı mənzildə yeraltı titrəyişlərin təsirində çilçıraq yerindən qopub. Xoşbəxtlikdən xəsarət olmayıb.

Ağdamın hazırkı rayon mərkəzi sayılan Quzanlı qəsəbəsində elektrik tranformatoru partlayıb. Hazırda qəsəbənin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.
 
Ağdamda məcburi köçkünlərin məskunlaşdığı “Daş evlər” qəsəbəsində yaşayan Kərimova Aidə isə APA-ya açıqlamasında bildirib ki, yaşadığı evin divar və tavanında çatlar yaranıb, ev qəzalı vəziyyətə düşüb.
16.11.2017 01:01:22
Oxuma sayı: 1694