Buraxılış imtahanları ilə bağlı narazılıq - təhsil eksperti şagirdləri haqlı sayır
"Dövlət İmtahan Mərkəzinin 4 zona üzrə üzrə keçirdiyi buraxılış imtahanlarında şagirdlər daha çox riyaziyyat fənninin suallarından narazıdırlar. Martın 13-də imtahan verən şagirdlər isə açıq və situasiya tipli test tapışırqlarının həlli zamanı çətinlik çəkiblər".
Koordinat.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. O, qeyd edib ki, ingilis dili fənnindən dinləmə mətni də müəyyən çətinlik yaradıb. Belə ki, bəzi bölgələrdə həmin dinləmə mətninin səsləndirilməsi zamanı daha sürətli proqramdan istifadə olunub və imtahan içtirakçıları mətni normal dinləyə bilməyiblər.
"Ümumiyyətlə imtahan başlayanda bu bacarığın yoxlanılması doğru deyil, çünki şagirdlərə əlavə çətinlik yaradır" - deyə, təhsil eksperti əlavə edib.
K.Əsədov qeyd edib ki, buraxılış imtahanının formatında da müəyyən dəyişiklik olmalıdır: “Mahiyyət odur ki, yoxlanılan bacarıqlar bütün uşaqlar üçün eyni səviyyədə deyil. Hər bir sualın məzmun baxımından yoxlanılma aləti var və bu ciddi bir məsələdir. Dünya təcrübəsində vahid halda imtahan keçirilir. Dinləmə, danışma və yazma bacarıqları, IQ səviyyəsi yoxlanılır. Biz fərqli ixtisas qrupları üzrə imtahan verən uşaqları eyni səviyyədə yoxlayırıq. Qruplar üzrə eyni imtahan olmalıdır. Məzmun odur ki, vahid imtahan keçirilir, ancaq eyni səviyyədə qiymət verilir. Pandemiya imtahan nəticələrinə birbaşa öz təsirini göstərir bu danılmaz faktdır. İmtahanların mart ayında keçirilməsi isə nəticələrə təsirsiz ötüşməyəcək”.

Xatırladaq ki, martın 5-dən başlayaraq 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir. İndiyədək ölkə üzrə 4 regionda buraxılış imtahanları keçirilib.
15.03.2022 09:55:00
Oxuma sayı: 12596