Zəlzələ barədə rəsmi açıqlama: "Orta güclü təkanlardır"
Ölçü:


“Bu gün yeraltı təkanların episentri Ağdam ərazsində - Quzanlı kəndi ərazisinə düşür. Zəlzələnin dərinliyi 25 kilometrdir”.

Koordinat.az xəbər verir ki, bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli “Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, yeraltı təkanlar digər rayonlarda da hiss edilib.

“Ümumilikdə zəlzələnin gücü hardasa 6 bala olub. Zəlzələ orta güclü hesab edilir. Yeraltı təkanlar respublikanın çox rayonlarında hiss edilib. Ağcabədi, Beyləqan, Mingəçevr, Gəncə, Qəbələ, Şəki, Zaqatala rayonlarında hiss edilib. Yeraltı təkanlar ətraf rayonlar üzrə 3-4 bal gücündə hiss edilib”, - deyə Q.Yetirmişli bildirib.

Alimin sözlərinə görə, yeraltı təkanlar 24 saat ərzində davam edə bilər: “Bundan sonra da avterşoklar davam edəcək. İnsanlar narahat olmasınlar. Zəlzələ dağıdıcı deyil”. 
16.11.2017 00:58:21
Oxuma sayı: 2038